
Madrid “Real”ının baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının 1/8 finalında “Liverpul” üzərində inamlı qələbədən sonra braziliyalı futbolçu Vinisius Junioru dünyanın ən təhlükəli oyunçusu adlandırıb.
mobilmedia.az xəbər verir ki, “Real”ın hücumameyilli yarımmüdafiəçisi bu görüşdə iki qol vurub və məhsuldar ötürmə edib.
“Düşünürəm ki, Vinisius Junior hazırda dünyanın ən təhlükəli oyunçusudur. O, matçların nəticəsini mütəmadi olaraq həll edən şəxsdir”, – deyə Ançelotti bildirib.




