Bu restoranlarda nöqsanlar aşkarlandı – Siyahı

27

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 7 ticarət müəssisəsi və 7 ictimai iaşə müəssisəsində monitorinqlər həyata keçirib.

mobilmedia.az xəbər verir ki, monitorinqlər zamanı ümumilikdə 7 müəssisədə nöqsanlar müəyyən olunub.

Bu müəssisələrdə qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 1, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 5, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 5, qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluqla bağlı 4 nöqsan aşkar olunub.

Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

Yoxlama nəticəsində nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:

№ Sahibkarlıq subyekti Ünvan Aşkar olunan nöqsanlar  
Ticarət obyektləri
1 “Elvin” market Quba şəhəri, Fətəli Xan küçəsi 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi                                                                                        2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu                                                    3.Qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluqla bağlı  
2 “Park” market Şirvan şəhəri, 20 Yanvar küçəsi 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
3.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
 
İctimai iaşə müəssisələri
3 “Darçın” restoranı Yasamal rayonu, Z.Xəlilov küçəsi, ev 43B 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluqla bağlı
 
4 “Kings Baku” restoranı Nərimanov rayonu, M.Araz küçəsi, ev 64A 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
 
5 “Şah Sarayı” restoranı Gəncə şəhəri, V.Xuluflu küçəsi 131 Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu  
6 “Kino” kafesi Quba şəhəri, H.Əliyev küçəsi, ev 42 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi                                                                                         2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu                                                     3.Qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluqla bağlı  
7 “Buta Fast Food” dönər evi Quba şəhəri, H.Əliyev prospekti Qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluqla bağlı  

 

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin