Cəlilabadda yol qəzası: ana və övladı xəsarət alıblar

31

qeza

Cəlilabad rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

mobilmedia.az-ın məlumatına görə, hadisə Ələt-Astara avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, minik avtomobilinin yolun kənarına aşması nəticəsində Yardımlı rayon sakini, 1995-ci il təvəllüdlü T.Kərimova və onun azyaşlı övladı xəsarət alıblar.

Yaralılar rayon xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin