AFFA-nın Hesabat Konfransının vaxtı bəlli oldu

32

AFFA-nın növbəti Hesabat Konfransının vaxtı dəqiqləşib.

mobilmedia.az xəbər verir ki, toplantı martın 7-də olacaq.

Konfransdan dərhal sonra İcraiyyə Komitəsinin iclası keçiriləcək.

“Fairmont” hoteldəki tədbir saat 10:00-da start götürəcək.

Konfransın gündəliyinə aşağıdakı məsələlər daxil olunub:

– Prezident tərəfindən iclasın açıq elan edilməsi

– Konfransın tərkibinin yoxlanılması;

– İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təsdiq olunması;

– Maliyyə hesabatlarının təsdiq olunması;

– Müstəqil auditorun hesabatını nəzərə almaq;

– Hər hansı vakant vəzifəyə seçkilər;

– AFFA üzvlərinin təkliflərinin qəbul olunması;

– Digər məsələlər.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin