
Erməni fəal, “Gənclərin səsi” təşkilatının rəhbəri Hovannes Arutyunyan diqqət çəkən açıqlamalar verib.
mobilmedia.az xəbər verir ki, o, “Mamul”a açıqlamasında separatçıların qondarma “dövlət nazir”ini tənqid edib. Arutyunyan sual qoyub ki, bu adamın nə işlə məşğul olması kiməsə bəllidirimi?
– Kimsə mənə deyə bilərmi ki, Ruben bu müddət ərzində, Qarabağda “dövlət nazir”i olarkən yerli ermənilər üçün nə dərəcədə faydalı olub? Elə görüntü yaradılıb ki, sanki onsuz Qarabağ olmazdı. Mən isə əks fikirdəyəm, – təşkilat sədri qeyd edib.




