
Bakının Suraxanı rayonunda 18 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
mobilmedia.az-ın məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində 2005-ci il təvəllüdlü Baxşəliyev İltifat Faiq oğlu ağır xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.




