Merkel YUNESKO-nun Sülh Mükafatına layiq görüldü

26

Almaniyanın keçmiş kansleri Angela Merkel YUNESKO tərəfindən təsis edilmiş Kot-d’İvuarın ilk prezidenti Feliks Ufue-Buanyi adına Sülh Mükafatına layiq görülüb.

mobilmedia.az-ın məlumatına görə, mükafatlandırma mərasimi Afrika dövlətinin paytaxtı Yamusukroda baş tutub.

Bildirilir ki, Merkel bu mükafatı 2015-ci ilin miqrasiya böhranı zamanı Avropa İttifaqında qaçqınları qəbul etmək səylərinə görə alıb.

Mükafatlandırma mərasimində çıxış edən siyasətçi Feliks Ufue-Buanyidən sitat gətirərək dialoqu güclülərin silahı adlandırıb.

“Sülh naminə qətiyyətlə və səylə çalışmaq həmişəkindən daha vacibdir. Dialoq zəiflərin deyil, güclülərin silahıdır”, – Merkel bildirib.

Almaniyanın keçmiş kansleri qeyd edib ki, münaqişələr insanları öz doğma ölkələrini tərk etməyə məcbur edir.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin