“Uşaqları kökəltməyə çalışmayın”

41


“Kök uşaq sağlam uşaq demək deyil”.

mobilmedia.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, uşaq endokrinoloqu Azad Əkbərzadə Nazirliyin “Instagram” hesabında canlı yayımda sualları cavablandırarkən deyib.

O bildirib ki, bəzən valideynlər kiçik yaşda uşaqların qidalanmasına diqqət etmədiklərindən yersiz kökəlmələr olur:

“Diabet olmayan ailələr qidalanmaya, lazımsız şirniyyata üstünlük verməməlidirlər. Çəki və boy normaldırsa, uşaqları kökəltməyə çalışmasınlar. Kök uşaq sağlam uşaq demək deyil”.

“Diabet olan ailələr isə xüsusilə qidalanmaya ciddi önəm verməlidirlər”, – deyə həkim əlavə edib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin