“Zaqreb Open”: Azərbaycanın yeddi sərbəst güləşçisi mübarizəyə başlayır

24

Azərbaycanın 7 sərbəst güləşçisi bu gün Xorvatiyada start götürəcək “Zaqreb Open”də mübarizəyə başlayacaq.

mobilmedia.az-ın məlumatına görə, yarışın ilk günündə 57 kq çəki dərəcəsində çıxış edən İslam Bazarqanov təsnifatda çinli Veiyu Li ilə, eyni çəkidəki Əliabbas Rzazadə onun həmyerlisi Vanhao Zou ilə üz-üzə gələcək.

65 kq-da mübarizə aparan Əli Rəhimzadə 1/8 final mərhələsində polşalı Eduard Qriqorevin müqavimətini qırmağa çalışacaq.

70 kq çəki dərəcəsində çıxış edən Hacımurad Hacıyev təsnifatda italiyalı Canluka Talamoya, bu çəkidə yarışan Hacı Əliyev 1/4 finalda gürcüstanlı Giorgi Eblakidzeyə rəqib olub.

74 kq-da mübarizə aparan Cəbrayıl Hacıyev təsnifatda rumıniyalı Krisztian Biroyla, 86 kq çəki dərəcəsində çıxış edən Abubakr Abakarov 1/8 finalda gürcüstanlı Tariel Qaprindaşvili ilə güləşəcək.

Qeyd edək ki, “Zaqreb Open” fevralın 5-də başa çatacaq.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin