
Türkiyədə Tokat-Sivas yolunun Kızıliniş hissəsində güclü qar yağıntılarına görə idarəetmədən çıxan minik avtobusu aşıb.
mobilmedia.az xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 15 nəfər yaralanıb.
Bildirilib ki, olay yerinə jandarm, xilasedicilər və təcili tibbi yardım briqadası cəlb olunub.
Yaralanan sərnişinlər bölgədəki xəstəxanalara çatdırılıblar.




