Türkiyə XİN başçısı: “Biz NATO-nun genişlənməsini istəyirik”

32


“Biz NATO-nun genişlənməsini istəyirik”.

mobilmedia.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu macarıstanlı həmkarı Peter Siyarto ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Türkiyə NATO-nun həmrəyliyinə ən çox töhfə verən ölkələrdəndir: “Alyansın qurulmasının məqsədi üzv ölkələrin təhlükəsizliyini təmin etməkdir. Bu gün NATO-nun iki əsas təhdid obyekti var: Rusiya və terror. Təəssüf ki, terror təşkilatları İsveç və Finlandiyada fəaliyyət göstərməyə davam edirlər. Bizim qayğılarımız təmin olunarsa, həmin dövlətlərin NATO-ya üzvlüyü ilə bağlı problem olmayacaq”.

M.Çavuşoğlu xatırladıb ki, İsveç və Finlandiya Madrid razılaşmasının öhdəliklərini yerinə yetirmir.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin