Qazaxıstanın Rusiyadakı səfirliyi Azərbaycana başsağlığı verib

26

Qazaxıstanın Rusiyadakı səfirliyi Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücumla bağlı ölkəmizin Moskvadakı diplomatik nümayəndəliyinə nota göndərib.

mobilmedia.az xəbər verir ki, bu barədə Azərbaycanın Rusiyadakı səfirliyindən bildirilb.

Notada bildirilir ki, Qazaxıstanın Rusiyadakı Səfirliyi baş vermiş silahlı hücum nəticəsində həyatını itirmiş Orxan Əsgərovun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralanmış Vasif Tağıyev və Mahir İmanova isə şəfalar diləyir.

Bundan əlavə qeyd olunur ki, dinc insanlara, o cümlədən xaricdə diplomatik xidmətdə olan şəxslərə qarşı istənilən silahlı hücum beynəlxalq hüququn prinsiplərinə və insan mənəviyyatına ziddir.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin