Naxçıvanda ərlə arvad dəm qazından zəhərlənib

30

Axşam saatlarında Şahbuz rayonunun Şada kəndində 2 nəfər dəm qazından zəhərlənib.

mobilmedia.az xəbər verir ki, kənd sakinləri – Allahverdi Məmmədov və Solmaz Məmmədova dəm qazının sızması nəticəsində zəhərlənib.

Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılan zərərçəkənlərdən Allahverdi Məmmədovun həyatını xilas etmək mümkün olmayıb. S.Məmmədovanın müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam edir.

Faktla bağla araşdırma aparılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin