Çimnaz Sultanova: “Sonuna qədər deyirdi ki, yaşayacağam”

34

“O həmişə deyirdi ki, mən yaşayacağam”.

mobilmedia.az xəbər verir ki, bu sözləri Oxu.Az-a açıqlamasında mərhum aktrisa Tünzalə Əliyevanın vida mərasimində sənət dostu Çimnaz Sultanova deyib.

Onun sözlərinə görə, mərhum aktrisa sona qədər mübarizə aparıb:

“O həmişə tamaşaçılarının yaddaşında toppuş bacı kimi qalacaq. Ömür boyu bizi güldürüb, indi ağladır. Çox güclü qadın idi, mübarizə aparırdı”.

Ç.Sultanova qeyd edib ki, onun obrazları hər zaman yaşayacaq.

“Böyük bir itkidir. Həmişə bizimlə qalacaq. Onun oynadığı obrazlar unudulmayacaq. Mən inanmırdım ki, nəsə baş verər. Arzuları var idi. Sonuna qədər deyirdi ki, yaşayacağam”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin