Rusiyada hərbçilərin sayı 1,5 milyona çatdırılacaq

33

Ölkənin təhlükəsizliyinin təmin edilməsi istiqamətində atılan addımlar çərçivəsində Rusiyada iki hərbi dairə – Moskva və Leninqrad yaradılacaq.

mobilmedia.az xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu ölkənin silahlı qüvvələrinin sayının artırılması ilə bağlı keçirilən müşavirədə bildirib.

“Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Silahlı Qüvvələrin sayını 1,5 milyon hərbçiyə qədər artırmaq qərarına gəlib. Dövlətin hərbi təhlükəsizliyini təmin etmək, Rusiya Federasiyasının yeni subyektlərini və kritik obyektlərini qorumaq yalnız silahlı qüvvələrin əsas struktur komponentlərini gücləndirməklə mümkündür. Nəticə etibarı ilə Silahlı Qüvvələrin iki yeni xidmətlərarası strateji ərazi birliyi yaradılır – Moskva və Leninqrad hərbi dairələri” -, Şoyqu vurğulayb.

Nazir əlavə edib ki, hərbi qulluqçuların sayının artırılması Dövlət Müdafiə Sifarişinə əsasən silah təchizatı və infrastrukturun qurulması ilə sinxronlaşdırılmalıdır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin