Boris Conson xatirə kitabı yazacaq

30

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson hökumət başçısı olduğu dövr haqqında avtobioqrafik əsər yazmaq üçün müqavilə imzalayıb.

mobilmedia.az xəbər verir ki, Conson xatirələrini dərc etmək məqsədilə “Harper Collins” nəşriyyat şirkəti ilə saziş bağlayıb.

Sövdələşmənin məbləği açıqlanmayıb. Lakin nəşriyyatın insayderləri Mühafizəkarlar Partiyasının keçmiş liderinin 1 milyon funt sterlinqdən çox qonorar ala biləcəyini ehtimal edirlər.

Kitabın nəşr tarixi məlum deyil.

Qeyd edək ki, Conson ötən iyul ayında özü və partiya həmkarı ilə bağlı bir neçə qalmaqal fonunda baş nazir vəzifəsindən istefa verdiyini açıqlamışdı.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin