Xorvatiya avroya keçidi başa çatdırıb

36

Avropa Komissiyası (AK) Xorvatiyanın avroya keçidi uğurla başa çatdırdığını açıqlayıb.

mobilmedia.az xəbər verir ki, bu barədə Avropa İqtisadiyyat və Maliyyə Komissiyası “twitter”də bildirib.

Avro ilə Xorvatiyanın keçmiş milli valyutası olan kunanın ikili dövriyyəsinin son günlərində demək olar ki, bütün ödənişlər avro ilə həyata keçirilib.

Xorvatiya 1 yanvar 2023-cü ildə Avrozonanın 20-ci üzvü olub.

Kunaların müəyyən məzənnə ilə, müəyyən müddət və şərtlərlə avroya dəyişdirilməsi üçün rejim nəzərdə tutulub. Məsələn, kommersiya banklarında əskinas və kuna sikkələrinin dəyişdirilməsi 2023-cü il dekabrın 31-dək mümkün olacaq.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin