Oğuzda iki maşın toqquşub: 5 yaralı

35

Oğuzda iki minik avtomobili toqquşub.

mobilmedia.az-ın məlumatına görə, hadisə günorta saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Oğuz rayonunun Padar kəndi ərazisindən keçən hissəsində baş verib.

İlkin məlumata görə, “Opel Astra” və “Volkswagen Passat” markalı minik avtomobillərinin toqquşması nəticəsində beş nəfər xəsarət alıb. Xəsarət alanlar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır. (apa)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin