“De-fakto NATO üzvüyük” – Ukraynalı nazir

46

Ukraynanın müdafiə naziri Oleksey Reznikov ölkəsinin de-fakto NATO üzvü olduğunu açıqlayıb.

mobilmedia.az xəbər verir ki, nazir bu barədə BBC-yə müsahibəsi zamanı danışıb.

“Ukrayna hazırda de-fakto NATO-nun üzvüdür. Hələlik de-yure yox. Əminəm ki, yaxın vaxtlarda de-yure də hərbi alyansın üzvü olacağıq”, – deyə Reznikov bildirib.

Nazir qeyd edib ki, Ukrayna ordusunun arsenalında NATO silahları var və silahlı qüvvələr onları necə istifadə edə biləcəyini öyrənib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin