AMEA-nın işçilərinin maaşları 15 faiz artırılıb

37

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin və Aparatının rəhbər və digər işçilərinin aylıq vəzifə maaşları artırılıb.

mobilmedia.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında Sərəncamda öz əksini tapıb.

Sərəncama əsasən, AMEA-nın Gəncə bölməsinin Aparatının da rəhbər və digər işçilərinin aylıq vəzifə maaşları artırılıb.

Artımlar 2023-cü il yanvarın 1-dən orta hesabla 15 faiz təşkil edir.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin