Dünyanın pandemik cəhətdən ən təhlükəli ölkələri açıqlanıb

33

Dünyanın koronavirus pandemiyası cəhətdən ən təhlükəli ölkələri açıqlanıb.

mobilmedia.az-ın məlumatına görə, hazırda dünyada koronavirusun ən çox tüğyan etdiyi ölkə Yaponiyadır. “Gündoğar ölkə”də təkcə son gün ərzində 381 nəfər COVID-19-un qurbanı olub, eyni zamanda daha 198 873 nəfərdə virus aşkarlanıb.

Fransada son sutkada 88 nəfər koronavirusdan ölüb. Qərbi Avropa ölkəsinin koronavirus xəstələrinin sayı 7 635 nəfər artıb.

Cənubi Koreyada son gün ərzində 76 nəfər koronavirusdan ölüb, ölkənin daha 54 343 nəfər vətəndaşına COVID-19 diaqnozu qoyulub.

Honq Konqda təkcə son gündə 67 koronavirus səxtəsi dünyasını dəyişib, daha 9 279 nəfərdə COVID-19 aşkarlanıb.

Qonşu Rusiya da koronavirusdan ölüm hallarının çoxalması baxımından ən təhlükəli ölkələrdəndir. Bunu son sutkada onlarla insanın (46 nəfər) COVID-19-dan ölümü də göstərir.

Tayvanda son gün ərzində 46 nəfər pandemiyanın qurbanı olub, 25 643 nəfərin virusa yoluxduğu aşkarlanıb.

Avstraliyada 31 nəfər koronavirusdan ölüb, daha 1 150 nəfər koronavirusa yoluxmuş insanlar siyahısına salınıb.

Polşa da pandemiya baxımından vəziyyətin ağır olduğu ölkələrdəndir. Son gün ərzində bu ölkədə 14 nəfər COVID-19-dan ölüb, daha 370 nəfərdə koronavirus aşkarlanıb.

Qeyd edək ki, son gündə dünyada koronavirusa ümumilikdə 317 229 nəfər yoluxub, 878 insan COVID-19-dan ölüb.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST 2020-ci il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra – martın 11-də isə koronavirusun yayılmasını pandemiya elan edib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin