
Bakıda polis əməkdaşları hava şəraiti ilə əlaqədar gücləndirilmiş rejimdə xidmətini davam etdirir.
mobilmedia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən xəbər verilib.
Məlumata görə, hərəkətin intensiv olduğu küçə və prospetlərdə, piyada keçidlərində xidmət təşkil olunub. Xüsusilə, piyadaların hərəkəti ilə bağlı profilaktik tədbirlər icra olunur.




