Qubada yol qəzası: yaralılar var

34

Quba rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

mobilmedia.az-ın məlumatına görə, hadisə Quba-Qusar yolunda qeydə alınıb.

Beləki, iki nəqliyyat vasitəsinin toqquşması nəticəsində Xaçmaz rayon sakini 1996-cı il təvəllüdlü Əmirbəyov Cilovxan Murad oğlu, Qusar rayon sakinləri 1994-cü il təvəllüdlü Sultəliyev İmran Müzəffər oğlu və 1963-cü il təvəllüdlü Kərimova Rəhilə Kərim qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin