
7 yanvar 2023-cü il tarixdə Azərbaycan Vahid Kommunist Partiyasının Mərkəzi Komitəsinin Plenium iclası keçirilib.
mobilmedia.az xəbər verir ki, iclasda partiyanın Mərkəzi Komitəsinin 17 nəfər üzvü iştirak edib. Səsvermə nəticəsində 1983-cü il təvəllüdlü Tukanov Akif Musa oğlu Azərbaycan Vahid Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi seçilib.
İştirakçılardan 17 nəfərdən 13 nəfəri lehinə, 4 nəfəri əleyhinə səs verib.




