Bu ölkələr NATO-ya üzv olacaq

33

NATO-nun baş katibi Yens Stoltenberq İsveç və Finlandiyanın NATO-ya üzvlük prosesinin yekunlaşacağını açıqlayıb.

mobilmedia.az xəbər verir ki, o, Türkiyənin buna razılıq verəcəyindən əminliyini ifadə edib.

“Mən əminəm ki, bu ölkələrin üzvlük prosesi sona yetəcək. Türkiyə də, digər ölkələr də bu qərarı qanunverici orqanlarında təsdiqləyəcəklər”, – deyə Stoltenberq bəyan edib.

Qeyd edək ki, bu gün NATO və Avropa İttifaqı arasında birgə bəyannamə imzalanıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin