Paşinyan: “Azərbaycanla sülh müqaviləsi sənədinin imzalanması yaxşı xəbər olacaq”

29

“Azərbaycanla sülh müqaviləsi sənədinin imzalanması yaxşı xəbər olacaq”.

mobilmedia.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan yanvarın 10-da keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, bu, tərəflərin öz maraqlarını balanslaşdıra bildiklərini ifadə edəcək.

“Ermənistan saziş bağlamağa hazırdır və bunun üçün əlindən gələni edəcək”, – hökumət başçısı söyləyib.

N.Paşinyanın sözlərinə görə, Ermənistan Moskvanın təklifləri əsasında Azərbaycanla sənəd imzalamağa hazırdır: “İrəvan, həmçinin Qərb ölkələrinin təkliflərini nəzərdən keçirməyə hazırdır. Lakin əsas məsələ gələcək sənədin məzmunundadır”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin