
Bu günə qədər Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) tərkibində fəaliyyət göstərən Antalya Diplomatiya Forumu müstəqil təşkilata çevrilib.
mobilmedia.az-ın xəbərinə görə, bu barədə qərar Türkiyənin “Rəsmi” qəzetində dərc edilib. Belə ki, müvafiq qanun Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən bu gün təsdiqlənərək qüvvəyə minib.
Qeyd edək ki, 2021-ci ildə qurulan Antalya Diplomatiya Forumu diplomatiya, siyasət və ticarətlə bağlı fikirlərin paylaşıldığı, siyasətçilər, diplomatlar və akademiklər arasında Antalyada keçirilən yüksək səviyyəli toplantıdır. Azərbaycan toplantının fəal iştirakçılarından biridir.




