
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2022-ci ilin ən yaxşı hakimini açıqlayıb.
mobilmedia.az xəbər verir ki, bu ada polşalı Şimon Marçinyak layiq görülüb.
42 yaşlı referi 150 xal toplayaraq, həmkarlarını böyük fərqlə üstələyib. 2020-ci ildə hamıdan yaxşı olan italiyalı Daniele Orsato bu dəfə ikinci yeri tutub.
Qeyd edək ki, 2021-ci ilin ən yaxşı referisi isə almaniyalı Feliks Brix olub.




