Sabirabadda yol qəzası: 2 yaralı

27

Sabirabad rayonunda baş verən yol qəzasında iki nəfər xəsarət alıb.

mobilmedia.az-ın məlumatına görə, hadisə rayonun Qalağayın kəndi ərazisində qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində Saatlı rayon sakinləri, 1983-cü il təvəllüdlü Məmmədov Pərvin Cəlil oğlu və 1985-ci il təvəllüdlü Məmmədova Ülkər Ədalət qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin