Milli Bank 142 milyard dollar zərər gözləyir

29

İsveçrə Milli Bankının saytında dərc olunan məlumatda bildirilir ki, Bank 2022-ci ilin yekunları üzrə valyuta məzənnələrindəki dalğalanmalar səbəbindən 132 milyard İsveçrə frankı (təxminən 142,5 milyard dollar) zərər gözləyir.

“İlkin məlumatlara görə, İsveçrə Milli Bankı 2022-ci maliyyə ilini təqribən 132 milyard frank zərərlə başa vuracaq. Xarici valyuta mövqeləri üzrə təxminən 131 milyard frank, frankdakı mövqelər üzrə isə təxminən 1 milyard frank zərər qeydə alınıb”, – deyə məlumatda bildirilir.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!

Qurum əlavə edib ki, 102,5 milyard frank gələcək itkilər üçün ehtiyat nəzərə alındıqdan sonra balansda əks olunan zərər təxminən 39 milyard frank (42,1 milyard dollar) təşkil edəcək.

Yekun məlumatları ehtiva edən 2022-ci il üçün ətraflı hesabat 6 mart 2023-cü ildə dərc olunacaq.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin