Bakıda kişi qardaşını bıçaqladı

32

 

Bakıda bıçaqlanma hadisəsi baş verib.

mobilmedia.az-ın məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Zabrat qəsəbəsində 1979-cu il təvəllüdlü Niyaməddin Həsənov kiçik qardaşı tərəfindən iki bıçaq xəsarəti alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı onun boyun və qarın boşluğunda kəsilmiş-deşilmiş yaralar aşkarlanıb. N.Həsənov cərrahi əməliyyat olunub.

İlkin məlumata görə, hadisəni törədən şəxs sərxoş imiş.

Faktla bağlı araşdırma aparılır.(report.az)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin