
“Azerbaijani Ladies Club” beynəlxalq qadın klubu 28 May – Respublika günü münasibəti ilə bayram təbriki ilə çıxış edib.
mobilmedia.az xəbər verir ki, layihənin rəhbəri və ideya müəllifi “Alman-Azərbaycan Dostluq Cəmiyyəti”nin sədri Lala Məmmədli, proqramın moderatoru isə “Alman Ziyalılar Birliyi”nin sədri Naibə Şirinovadır.
“Azərbaycan Ladies Club – Azərbaycan Qadınlar Cəmiyyəti”nə bütün dünyada yaşayan ziyalı qadınlar, həkimlər, müəllimələr, iş qadınları və digər sənət sahibləri daxildir.
Cəmiyyətin məqsədi dünyada yaşayan azərbaycanlı qadınlarla bir araya gələrək, layihələr həyata keçirmək və sözün əsl mənasında həmrəylik göstərməkdir. Eyni zamanda bu layihələrlə yerli ictimaiyyətə Azərbaycanı tanıtmaq, sevdirmək və ən əsası Qarabağ həqiqətlərini bütün dünyaya çatdırmaqdır.
Qeyd edək ki, 28 may Respublika Günü münasibəti ilə “Azerbaijani Ladies Club” beynəlxalq qadın klubunun təşkil etdiyi konsert proqramına saat 19:00-da “Avropa Azərbaycanlıları | European Azerbaijanis” facebook səhifəsində baxa bilərsiniz. Konsert proqramına dünyanın 13 ölkəsi daxil olmaqla, Fransa, Belçika, İsveç, Niderland, Estoniya, Oman, Nigeriya, Türkiyə, Almaniya, Kanada, Misir vəBöyük Britaniyada yaşayan vətəndaşlarımız da qatılacaq.
mobilmedia.az “Azerbaijani Ladies Club” beynəlxalq qadın klubu tərəfindən 28 May – Respublika gününə həsr olunan konsert proqramını təqdim edir:
https://www.facebook.com/europeanazerbaijanis/videos/561167048157203/




