Türkiyə Super Liqası ilə bağlı rəsmi qərar açıqlandı

36
Bu gün Türkiyə Futbol Federasiyasının (TFF) İdarə Heyətinin iclası olub.
Fanat.Az TFF-in saytına istinadən xəbər verir ki, iclasda Super Liqanın taleyi ilə bağlı son qərar verib. Mövsümün daha öncə açıqlandığı kimi, iyunun 12-də bərpa olunacağı bildirilib. Oyunların təqviminin gün ərzində açıqlanacağı qeyd olunub.
Kubokun yarımfinalının cavab oyunlarının tarixi isə açıqlanıb. İyunun 16-da “Fənərbaxça” – “Trabzonspor”, iyunun 18-də isə “Alanyaspor” – “Antalyaspor” matçı keçiriləcək.
Qeyd edək ki, Türkiyə Superliqası mart ayında – 27-ci turda koronavirus pandemiyasına görə dayandırılıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin