Kürdəmirdə 28 yaşlı qadın qətlə yetirilib

27

Kürdəmirdə 28 yaşlı qadın qətlə yetirilib, onun əri şübhəli şəxs qismində saxlanılıb.

mobilmedia.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib.

Belə ki, yanvarın 6-da saat 13 radələrində Kürdəmir rayonunun Şıxımlı kəndində 1994-cü təvəllüdlü Könül Qurbanovanın kəsici-deşici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən, onun həyat yoldaşı 1987-ci il təvəllüdlü Pərviz Qurbanov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin