
Bu ilin yanvar-aprel aylarında istehlakçılar Azərbaycanın pərakəndə ticarət şəbəkəsində əczaçılıq və tibbi mallara 202,4 milyon manat xərcləyib.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu rəqəm əvvəlki ilin analoji dövrü ilə müqayisədə 41,7% çoxdur.
Təkcə ötən ay əhaliyə 57,7 milyon həcmində əczaçılıq və tibbi mallar satılıb ki, bu da mart ayı ilə müqayisədə 8% çoxdur.
Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 1,7%-i əczaçılıq və tibbi malların alınmasına sərf olunub.(apa)




