
“Dekabrın 14-də Heydər Əliyev Sarayının 50 illik yubileyində getdim səhnəni və divarları öpdüm, çox sağ ol dedim. 44 il orada çalışmışam və evə çörək aparmışam”.
mobilmedia.az xəbər verir ki, bu sözləri Əməkdar artist Bəhram Bağırzadə “Space maqazin”ə açıqlamasında deyib. Aktyor artıq səhnəyə çıxmayacağını bildirib:
“Söz verdim ki, səhnəylə sağaloşdım. Bir daha səhnəyə çıxmayacağam. Film və reklamı deyə bilmirəm, onunla da sağollaşacağam. Ancaq uşaqlarla məşğul olacağam”.




