Qəbələdə yol qəzası: ölən və xəsarət alan var

28

Qəbələdə bir nəfərin ölümü, bir nəfərin isə xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

mobilmedia.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Belə ki, gecə saatlarında Qəbələ rayonunun Laza kəndi ərazisində Mehran Həsənovun idarə etdiyi “QAZ-3110” markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb.

Hadisə nəticəsində sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, nəqliyyat vasitəsindəki sərnişin Maarif Xasıyev isə aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin