Gəncə, Sumqayıt, Şəki və Şirvan Apellyasiya məhkəmələrinə hakim təyinatları olub

29

Gəncə, Sumqayıt, Şəki və Şirvan Apellyasiya məhkəmələrinə yeni hakimlər təyin edilib.

mobilmedia.az-ın xəbərinə görə, bununla bağlı “Gəncə, Sumqayıt, Şəki və Şirvan Apellyasiya məhkəmələrinə hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında” layihələr Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Sənədə əsasən, Şirvan Apellyasiya Məhkəməsinin hakimi Rafiq Musa oğlu Cəfərov vəzifəsindən azad edilərək Gəncə Apellyasiya Məhkəməsinin hakimi təyin ediləcək. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Nural Turab oğlu Əliyevin isə vəzifəsi dəyişdirilərək Gəncə Apellyasiya Məhkəməsinin hakimi təyin olunub.

Şəki Apellyasiya Məhkəməsinin hakimi Ayaz Akif oğlu Mahmudov vəzifəsindən azad edilərək Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi təyin edilib.

Aşağıdakı şəxslər də Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi təyin olunub:

– Rəhimli Lalə Elxan qızı – Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi;

– Cabbarova Gülnar İnqilab qızı – Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi;

– İsmayılov Azər İbrahim oğlu – Sumqayıt Şəhər Məhkəməsinin hakimi;

– Süleymanova Almaz Məhərrəm qızı – Sumqayıt Şəhər Məhkəməsinin hakimi;

Layihəyə əsasən, Sumqayıt Apellyasiya Məhkəməsinin hakimləri Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızı vəzifələrindən azad edilib.

Bundan əlavə, aşağıdakı şəxslər də Şəki Apellyasiya Məhkəməsinin hakimi təyin olunub:

– Səmədov Xəqani Hacı oğlu – Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi;

– Mehdiyev Elçin Məhəmməd oğlu – Şəki Rayon Məhkəməsinin hakimi;

Gəncə Apellyasiya Məhkəməsinin hakimi Elçin İsgəndər oğlu Xasməmmədov, Şəki Rayon Məhkəməsinin hakimi İmanov Cahit Fehruz oğlu, Şirvan İnzibati Məhkəməsinin hakimi Həsənov Samir Firdovsi oğlu və Biləsuvar Rayon Məhkəməsinin hakimi Əhmədov Pərviz Tərlan oğlu Şirvan Apellyasiya Məhkəməsinin hakimi təyin edilib.

Layihə səsverməyə çıxarılaraq təsdiqlənib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin