“NATO üç günə Rusiyaya qalib gələ bilər”

31

“NATO ilə Rusiya arasında birbaşa toqquşma olarsa, Alyansın qüvvələri tez müddətdə – üç gün ərzində qalib gələ bilər”.

mobilmedia.az xəbər verir ki, bunu ABŞ-ın Respublikaçılar Partiyasından konqresmen Adam Kinzinqer deyib.

O bu qənaəti barədə “Twitter” mikrobloqunda yazıb.

Konqresmen bu bəyanatı istifadəçilərdən birinin sualına cavab olaraq verib. İstifadəçi sual verib ki, “əgər onlar bu qədər gücsüzdürlərsə, niyə hərbi-siyasi alyans indiyə qədər Rusiya hərbçilərini məğlub etməyib”.

“Ümid edirəm ki, bu zarafatdır. Çünki (müxalifət – red.) NATO-nun Rusiyaya qarşı durması əsl üç günlük əməliyyata bənzəyər”, – deyə konqresmen cavablayıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin