Zelenski ABŞ-a səfərinin məqsədini açıqlayıb

28


Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-a səfərdə olduğunu təsdiqləyib.

mobilmedia.az xəbər verir ki, bunu dövlət başçısı tviterdə yazıb.

O bildirib ki, Ukraynanın sabitliyini və müdafiə qabiliyyətini gücləndirmək üçün Vaşinqtonda səfərdədir.

“ABŞ rəhbərliyi ilə ikitərəfli əməkdaşlığı müzakirə edəcəyik. Konqresdə çıxış edəcəyəm və bir sıra ikitərəfli görüşlər keçirəcəyəm”, – V.Zelenski vurğulayıb.

Qeyd edək ki, V.Zelenskinin ABŞ-a səfər edəcəyi barədə məlumat ötən gecə yayılıb. O, bu gün ABŞ Prezidenti Cozef Baydenlə görüşəcək.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin