Bakıda kütləvi dava: 18 yaşlı oğlan öldü

29

Dekabrın 19-da saat 1 radələrində Xətai rayonu ərazisində kütləvi dava olub.

DİN-in mətbuat xidmətindən bildirilib ki, rayon ərazisində 3 nəfərin bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub. Onlardan biri 2004-cü il təvəllüdlü Nemət Həsənov ölüb.

Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs müəyyən edilib. Onun saxlanılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri keçirilir.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin