BMT Pakistana yardımı dayandıra bilər

27

Birləşmiş Millətlər Təşkilatı (BMT) kifayət qədər maliyyə olmadığı üçün 2023-cü ilin yanvarında Pakistana ərzaq yardımını dayandıra bilər.

mobilmedia.az xəbər verir ki, bu sözləri BMT-nin Pakistandakı rezident əlaqələndiricisi Julyen Harnis deyib.

O bildirib ki, ərzaq dəstəyi proqramını həyata keçirmək üçün 816 milyon dollardan istifadə olunmalıydı. Ancaq yardımın paylanmasına cavabdeh olan BMT qurumları və digər qeyri-hökumət təşkilatları beynəlxalq donorlardan cəmi 262 milyon dollar alıb.

“Bu, dərin narahatlıq doğurur. Çünki dünyada digər fövqəladə hadisələrə cavab tədbirləri daha yüksək olur. Ancaq biz burada (Pakistanda) oxşar maliyyə almırıq”, – nümayəndə bildirib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin