
Marsda saatlarla davam edən güclü zəlzələ baş verib.
mobilmedia.az xəbər verir ki, bu barədə elm adamlarının “American Journal of Geoscience” jurnalında məqaləsi dərc edilib.
Bildirilir ki, təkanlar keçmişin ən əhəmiyyətli seysmik hadisəsindən ən azı beş dəfə güclü olub və “qırmızı” planetdə müşahidələr tarixinin ən böyük zəlzələsi sayılır.
Zəlzələ NASA-nın “InSight Mars Lander” gəmisindəki seysmometr tərəfindən qeydə alınıb.




