
İngiltərə Mərkəzi Bankı (BoE) ilin son iclasında Fed-i izləyərək faizi artırmaq sürətini yavaşladıb. Bank uçot dərəcəsini 2008-ci ildən bəri ən yüksək səviyyə olan 3,5 faizə çatdırıb.
mobilmedia.az xəbər verir ki, iqtisadçılar da faizin 50 baza bəndi artırılacağını gözləyirdilər.
Bank bu iclas daxil ardıcıl 9 iclasda faizini artırıb və son 14 ilin ən yüksək səviyyəsinə qaldırıb.
Böyük Britaniyada inflyasiya noyabrda illik 10,7 faizə qədər yavaşlayıb və iqtisadiyyat oktyabrda bitən üç aylıq dövrdə kiçilib. BoE 2023-cü ilin birinci rübündə inflyasiyasının tədricən azalacağını proqnozlaşdırıb.
BoE FED-in ardınca gedib və faiz artımının sürətini aşağı salıb. Dünən axşam keçirilən iclasda FED faizini 50 baza bəndi artırıb. Fed əvvəlki 4 iclasda faizini 75 baza bəndi artırmışdı.
İngiltərə Mərkəzi Bankının qərarından sonra Sterlinq ucuzlaşıb.




