3,5 milyardlıq pandemiya xərcləri necə maliyyələşdiriləcək?

34

May ayının axırıncı həftəsi başlayıb, Milli Məclis sonuncu iclasını ayın 31-də keçirəcək.

Gündəlik zəngin olsa da dövlət büdcəsinə yenidən baxılması ilə bağlı məsələ onların arasında yoxdur. Gözləntilərin əksinə olaraq hökumət dövlət büdcəsinin xərclərini dəyişməyə o qədər də tələsmir. Halbuki bu barədə mesajlar ən yüksək səviyyədə verilmişdi. Bəyan edilmişdi ki, büdcəyə yenidən baxılacaq, bəzi xərclər azaldılacaq, optimallaşdırılacaq, vacib olmayan layihələrin icrası təxirə salınacaq.

Neft gəlirlərinin kəskin azalması, pandemiyanın qeyri – neft sektorunu faktiki iflic hala gətirməsi, idxal-ixrac əməliyyatlarının minimuma düşməsi büdcə daxilolmalarına ciddi təsir göstərib.

Hökumət üçün proqnozlaşdırılan 26.9 milyard manatlıq büdcəni toplamaq müşkül məsələdir. Doğrdur, xərclərin təxminən yarısı birbaşa Dövlət Neft Fondundan transfertlərin hesabına qapadılacaq. Xüsusən müdafiə olunan xərclərin icra olunması ilə bağlı problemlərin olmayacağı gözlənilir. Amma investisiya layihələri kimi iri maliyyə tutumlu xərclərə əl gəzdirilməsi labüddür.

Hesablama Palatasının təklifləri havada qaldı?

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov da fed.az-a müsahibsində büdcəyə yenidən baxılmasının zəruriliyindən danışmışdı.

O qeyd etmişdi ki, pandemiyanın sürətlə yayılmasının qarşısını almaq məqsədilə tətbiq olunan qadağa tədbirlərinin sərtləşdirilməsi və kütləviləşdirilməsi iqtisadi artımın, eləcə də büdcəyə daxil olması planlaşdırılmış qeyri-neft sahələri üzrə vergi gəlirlərinin azalmasına səbəb olacaq.

“Xərclərə təsirinə gəldikdə, qeyd edim ki, pandemiya ilə mübarizə istiqamətində atılan addımlar artıq büdcə xərclərinin strukturunun dəyişməsinə səbəb olacaq və bu da, öz növbəsində, dövlət büdcəsi haqqında qanuna yenidən baxılmasını zəruri edir” – deyə V. Gülməmmədov qeyd edib.

O vurğulayıb ki, Hesablama Palatasının onlayn rejimdə struktur şöbələrlə bu barədə müzakirələr aparılıb və təkliflər hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunacaq: “Göndəriləcək təkliflərin hökumətin fəaliyyətinə faydalı olması və bu ağır sınaqdan az itkili çıxmasına səbəb olacağı qənaətindəyik.

Qeyd etdiyim kimi, pandemiya gəlirlərə təsirsiz ötüşməyəcək və bu təsir mənfi istiqamətlidir. Bu baxımdan büdcəyə yenidən baxılması prosesində neft sahələrindən gəlirlər, həmçinin əmlak vergisi və torpaq vergisi istisna olmaqla digər vergi növləri üzrə proqnoz göstəricilərin yenidən hesablanması vacibdir. Bu zaman zərərçəkən və gəlirləri artan sahələrin mütləq qaydada nəzərə alınması lazımdır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin