İranda daha bir etirazçı dar ağacından asıldı

30

İranın Məşhəd şəhərində siyasi fəal Məcid Rza Rahnəvərd ictimaiyyət qarşısında dar ağacından asılıb.

mobilmedia.az xəbər verir ki, bu barədə İranın Xorasan-Rezevi əyalətinin ədliyyə idarəsinin başçısı Qulaməli Sadeqi bildirib.

Onun sözlərinə görə, edam hökmü “əmin-amanlığın, təhlükəsizliyin bərpa olunması uğrunda qiyamçılara və qanunu pozanlara qarşı mübarizə” çərçivəsində icra olunub.

Bildirilib ki, İran İnqilab Məhkəməsinin Məşhəddəki bölməsi Məcid Rza Rahnəvərd barəsində 23 gün əvvəl ölüm hökmü çıxarıb. Hökm dekabrın 12-də səhər saatlarında icra olunub.

Qeyd edək ki, Məcid Rza Rahnəvərd son günlər edam olunan ikinci etirazçıdır. Bundan əvvəl Möhsün Şekari dar ağacından asılmışdı.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin