FİFA dünya çempionatının iki ildən bir keçirilməsinə qarşıdır

31

Tanınmış futbol mütəxəssisi Arsen Venger dünya çempionatının iki ildən bir keçirilməsinə qarşıdır.

mobilmedia.az xəbər verir ki, FİFA-nın qlobal futbolun inkişafı departamentinə rəhbəri olan fransalı mütəxəssis bu barədə “L`Equipe” nəşrinə açıqlamasında bildirib. O qeyd edib ki, FİFA buna doğru getmir:

“Onlar məndən bu barədə düşünməyimi istədilər və mən pis ideya olmadığını dedim. Amma bu, seçmə mərhələ təqviminə tam yenidən baxılmasını tələb edəcək. Bu gün biz buna doğru getmirik. Daha çox dörd illik tsiklə üstünlük veririk. Getdikcə vacib turnirə çevrilən qadınlar arasında dünya çempionatı, Avropa çempionatı və klublararası dünya çempionatı var. Bunların hamısını nəzərə almaq lazımdır”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin