Bakıda sürücü yol vermədiyi üçün döyülüb

28

Bakının Nəsimi rayonunda dava olub, bir nəfər ağır xəsarət alıb.

mobilmedia.az bildirir ki, hadisə Azadlıq prospektinfə qeydə alınıb.

Belə ki, Koala Parkının qarşısında 1988-ci il təvəllüdlü Əbilov Vurğun İdris oğlu sürücü ilə mübahisə edib.

Mübahisə zamanı o küt alətlə döyülərək baş nahiyyəsindən ağır xəsarət alıb.

O, xəstəxananın neyrocərrahiyə şöbəsinə yerləşdirilib.

Onun yaxınları APA-nın əməkdaşına bildirib ki, V.Əbilov Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının mayorudur və “Cəsur döyüşçü” medalı ilə təltif edilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır. (apa)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin