Britaniyada 11-ci əsrə aid kral mülkü satışa çıxarılıb

27

Böyük Britaniyanın ən qədim mülklərindən biri olan və krallığın cənub-şərqindəki Surrey qraflığında yerləşən Great Tangley 11 milyon funta (təxminən 13,5 milyon dollar) satışa çıxarılıb.

mobilmedia.az xəbər verir ki, tarixçilərin fikrincə mülk 11-ci əsrin əvvəllərində tikilib və Kral I Harolda (1015-1040) məxsus olub.

Daha sonra 1199-cu ildə İngiltərənin kralı olmuş və İoann Bezzemelnıy kimi tarixə düşmüş şahzadə Conun (1167-1216) mülkiyyətinə keçib. Şahzadənin əmri ilə malikanənin üzərində tikilmiş ov evi bu günə qədər gəlib çatıb.

15-ci əsrdə ov evinin binası qismən yenidən qurulub, 1582-ci ildə isə onun fasadı Tudor və Elizabet üslubunda daş panellərlə üzlənib. 1884-cü ildə görkəmli memar Filip Uebb malikanənin ərazisini genişləndirib və ona müasir görkəm verib.

20-ci əsrdə binanın iki sahibi olub, 2005-ci ildən isə malikanə Evans ailəsinə keçib. Evans ailəsi köhnə parkın təmizlənməsi və abadlaşdırılmasını həyata keçirib.

Hazırda mülkün ərazisində həmçinin tennis kortu və süni göl də var.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin