Həkimlərin maaşına əlavələrin müddəti uzadıldı

26

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavələrin verilməsi müddəti uzadılıb.

mobilmedia.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavə 2023-ci il yanvarın 1-dək veriləcək.

Qeyd edək ki, əvvəl bu müddət 2022-ci il noyabrın 1-dək müəyyən edilmişdi.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin